...

Azərbaycan COP sonrası proseslərin ən aktiv iştirakçısı olacaq - Nazir

İqtisadiyyat Materials 18 Oktyabr 2024 10:24 (UTC +04:00)
Azərbaycan COP sonrası proseslərin ən aktiv iştirakçısı olacaq - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan COP sonrası proseslərin ən aktiv iştirakçısı olacaq.

Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.

"Bu il Azərbaycan COP-a sədrlik edəcək və ümumilikdə qlobal prosesləri idarə edəcək. Gələcəkdə Azərbaycan bu prosesin ən aktiv iştirakçısı olacaq. Bizdən liderlik, yaxşı nümunələr gözlənilir və əlbəttə ki, maliyyə sektorundan da yaradıcı, maraqlı təkliflər, ideyalar gözlənilir", - o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti