Bakı. Trend:
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyon ton yük, 8531,2 min sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü illə müqayisədə yük daşınmasında 1,4%, sərnişin daşınmasında isə 18,7% artım müşahidə olunub.
Bildirilib ki, orta hesabla sutkada 369 vaqon yüklənib, 441 vaqon isə boşaldılıb.
Qeyd olunub ki, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.