Bakı. Trend:
Avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi son dörd ildə 4,8 dəfə artıb.
Trend-ə bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, ötən il avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi 7,2 milyon ton olub. Bu, əvvəlki illə müqayisədə 800 min ton və ya 13%, 5 il əvvəlki göstəricilərlə müqayisədə 5,7 milyon ton, yaxud da 4,8 dəfə artım deməkdir.
Belə ki, 2023-cü ildə avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi 6,4 milyon ton, 2020-ci ildə isə 1,5 milyon ton olub.
Məlumat üçün bildirək ki, 2021 və 2022-ci illərdə avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi müvafiq olaraq 2,1 və 4,1 milyon ton olub.