Bakı. Trend:
“Visa”nın təmassız ödəmə həlli olan “Tap to Phone” kiçik və orta bizneslərə rəqəmsal ödənişləri qəbul etməyə imkan verir. Bu həllə qoşulan satıcıların 30%-ə yaxını yeni yaranmış kiçik bizneslərdir.
Trend-ə bu barədə “Visa”dan məlumat verilib.
Məlumata görə, ötən il “Tap to Phone” həllindən istifadə dünya üzrə 200%-ə yüksəlib. Azərbaycanda da bu həlldən istifadə 36,7% artıb.
Qeyd edək ki, istifadəçilər “Tap to Phone” tətbiqini yükləməklə adi smartfonunu POS (“satış nöqtəsi”) cihazına çevirir. Bu texnologiya mikro sahibkarlara və KOB-lara NFC funksiyalı smartfonlardan istifadə edərək təmassız ödənişləri qəbul etməyə kömək edərək ən müasir kommersiya alətlərinə çıxış imkanı verir.