...

Avtomobil nəqliyyatı vasitələri ilə daşınan yüklərin həcmi 9%-dən çox artıb

İqtisadiyyat Materials 18 Mart 2025 16:23 (UTC +04:00)
Avtomobil nəqliyyatı vasitələri ilə daşınan yüklərin həcmi 9%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən avtomobil nəqliyyatı vasitələri ilə 1,9 milyard ABŞ dolları dəyərində 955,5 min ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 143,4 milyon ABŞ dolları və ya 8%, həcm ifadəsində isə 80,4 min ton və ya 9,2% çoxdur.

Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri ilə Azərbaycana 1,6 milyard ABŞ dolları dəyərində 567,3 min ton yük idxal olunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər baxımından 94,1 milyon ABŞ dolları və ya 6,2%, həcm baxımından isə 18,2 min ton və ya 3,3% artım deməkdir.

Eyni zamanda cari ilin yanvar-fevral aylarında avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycandan 330,7 milyon ABŞ dolları dəyərində 388,2 min ton yük ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49,2 milyon ABŞ dolları və ya 17,5%, həcm ifadəsində isə 62,2 min ton və ya 19,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınma vasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6 milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%, həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti