...

Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımaların həcmi artıb

İqtisadiyyat Materials 15 Aprel 2025 10:59 (UTC +04:00)
Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımaların həcmi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu ilin birinci rübündə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 32,5 milyon ton yük, 416,3 milyon sərnişin daşınıb.

Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 faiz və 4,9 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 8,1 faiz, sərnişin dövriyyəsi isə 7,6 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 4,2 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 55,9 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi avtomobil nəqliyyatı, 30 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 faiz təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında nəqliyyatçılar 472,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti