Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 2,877 milyard ABŞ dolları dəyərində 1,399 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 113 milyon ABŞ dolları və ya 4,1%, miqdar ifadəsi ilə 74 min ton və ya 5,6% çoxdur.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 2,764 milyard ABŞ dolları dəyərində 1,325 milyon ton yük daşınmışdı.
Hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 519,8 milyon ABŞ dolları dəyərində 562,3 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 95,8 milyon ABŞ dolları və ya 22,6%, miqdar ifadəsi ilə 79,4 min ton və ya 16,4% çoxdur.
Ötən ilin müvafiq dövründə bu rəqəmlər 424 milyon ABŞ dolları və 482,9 min ton idi.
Eyni zamanda dövr ərzində avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycana 2,357 milyard ABŞ dolları dəyərində 837,1 min ton yük idxal edilib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə dəyər ifadəsi ilə 17 milyon ABŞ dolları və ya 0,7% çox, miqdar ifadəsi ilə 4,7 min ton və ya 0,6% azdır.
Ötən ilin yanvar-mart aylarında bu nəqliyyat vasitəsilə Azərbaycana 2,340 milyard ABŞ dolları dəyərində, 841,8 min ton miqdarında yük idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.