...

Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımaların həcmi 8%-dən çox artıb

İqtisadiyyat Materials 15 May 2025 13:52 (UTC +04:00)
Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımaların həcmi 8%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 45 milyon ton yük, 582,1 milyon sərnişin daşınıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstəricilər ötən ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 7% və 6,6% çoxdur. Sərnişinlərin 95,6%-i avtobus, 4,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 8,4 faiz, sərnişin dövriyyəsi isə 8,6 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0% və 5,7% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb. Yüklərin 3,9%-i dəniz, 7,5%-i dəmir yolu, 0,2%-i hava, 59,2%-i avtomobil nəqliyyatı, 29,2%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,4% artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,3%-i avtomobil nəqliyyatı, 11,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti