Bakı. Trend:
Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına edilən dəyişikliklərlə əlaqədar bir sıra vergi bəyannamələri və hesabat formaları, habelə onların tərtib olunma qaydaları yenilənib.
Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, Məcəlləyə 101.6-1 və 150.1.14-1-ci maddələr əlavə olunub. Eyni zamanda, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun icrası ilə bağlı “Dövlət rüsumu haqqında” Qanuna da 20-5-ci maddə daxil edilib.
Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Dövlət rüsumunun tutulması haqqında hesabat” formaları və bu sənədlərin tərtib olunma qaydaları yeni redaksiyada təsdiqlənib.
Bununla da müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında daha əvvəl qüvvədə olan sənədlər ləğv edilib.
Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.