...

Azərbaycanın azad edilmiş bu kəndi sel sularının idarə olunması üzrə layihələndiriləcək

İqtisadiyyat Materials 4 Avqust 2025 16:16 (UTC +04:00)
Azərbaycanın azad edilmiş bu kəndi sel sularının idarə olunması üzrə layihələndiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonunun Alıbəyli kəndində yağış və sel sularının idarə olunması üzrə layihələndirmə işləri aparılacaq.

Trend-in məlumatına görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Geoproject" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 164 492 manat ödənilib.

Qeyd edək ki, kənddə bəhs olunan işləri görəcək "Geoproject" MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev İlkin Abbas oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti