...

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə olunan gəlirlər 7%-ə yaxın artıb

İqtisadiyyat Materials 2 Dekabr 2025 13:16 (UTC +04:00)
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə olunan gəlirlər 7%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından 1,698 milyard manat gəlir əldə edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon manat və ya 6,5% artım deməkdir.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 725,732 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.

Eyni zamanda dövr ərzində avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 971,916 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,5% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 108,916 milyon ton yük (6,2% çox) və 1,392 milyard sərnişin (6,3% çox) daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti