...

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu tarixdə açıqlayacaq

İqtisadiyyat Materials 10 Dekabr 2025 11:15 (UTC +04:00)
AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu tarixdə açıqlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2026-cı il üzrə ictimaiyyətə açıqlanması qrafiki ilin sonunadək yayımlanacaq.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. Vurğulanıb ki, Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti