...

TRACECA milli katiblərinin görüşünün yeri dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2007 06:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. S.Əliyev/ TRACECA nəqliyyat dəhlizinin iştirakçıları ölkələrinin milli katiblərinin görüşünün yeri dəyişdirilib. Bu görüş əvvəllər planlaşdırıldığı kimi Düşənbədə deyil, Antalyada keçiriləcək. Bu haqda cümə günü Azərbaycanın bu qurumdakı milli katibi Akif Mustafayev məlumat verib.

Mustafayev bildirib ki, görüşün keçirilmə tarixi dəyişməz olaraq qalır - 20-21 oktyabr. Onun sözlərinə görə, bu, TRACECA hökumətlərarası komissiyasının toplantısı öncəsi sonuncu iclas olacaq. Komissiyanın toplantısı isə noyabrın 21-23-də Astanada keçiriləcək.

Konkret olaraq milli katiblərin görüşündə biznes-şurasının yaradılması məsələsinin müzakirə ediləcəyi nəzərdə tutulur. Sözügedən biznes-şurasına nəqliyyat dəhlizinin işində iştirak edən və onun vasitəsi ilə yükdaşımaları həyata keçirən iş adamları daxil olacaq. Bu cür təsisatın yaradılması nəqliyyat dəhlizinin problemlərini operativ həll etmək imkanı yaradacaq.

Eyni zamanda TRACECA investisiya fondunun yaradılması imkanlarının müzakirə olunacağı gözlənilir. Əgər bu məsələ qaldırılsa, o təsdiq edilmək üçün hökumətlərarası komissiyasının toplantısına çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti