...

Xaricdə təhsil alanların sayı artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İqtisadi inkişaf naziri Heydər Babyev Böyük Britaniyanın energetika naziri Malkolm Uiksinlə görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlər, Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya çatdırılması, həmçinin Avropanın enerji siyasətinin diversifikasiyasında Azərbaycan və Mərkəzi Asiyanın rolu məsələləri müzakirə olunub.

Görüşdə bildirilib ki, bu il "Dövlət proqramı" çərçivəsində 100-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil ala biləcək. Gələcəkdə, dövlət hesabına, onların sayı 1000 nəfərə çatdırılacaq.

Babayevin sözlərinə görə, enerji sektorunda həyata keçiriləcək islahatların növbəti mərhələsində Azərbaycanda özəl enerji istehsalçılarının fəaliyyətinin genişlənməsinə diqqət artırılacaq. Artıq Böyük Britaniyanın "İnternational Power" şirkəti ilə bu sahədə danışıqlar aparılır.

Bu gün Böyük Britaniyanın 100-dən çox şirkəti Azərbaycanın neft-qaz, maşınqayırma, tikinti, sığorta, bank, audit, nəqliyyat, turizm, telekommunikasiya, ətraf mühitin təmizlənməsi və s. sahələrində fəaliyyət göstərir.

2006-cı ildə Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ticarət dövriyyəsinin həcmi 459.3 mln dollar, 2007-ci ilin ilk 6 ayı ərzində isə, 185.5 mln dollar təşkil edib.

.

Xəbər lenti

Xəbər lenti