...

Azərbaycanda ilk bank birliyi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2007 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Dəyəri 50 mln. manatdan çox olan iri layihələrin maliyyələşdirilməsi məqsədilə, Azərbaycanın bank sektorunda bank birliyinin yaradılmasının mümkünlüyü müzakirə olunur. Bu barədə bazar ertəsi "Azəriqaz Bank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev məlumat verib. Korporativ birliyin yaradılmasının təşəbbüskarı "Azəriqaz Bank"dır.

"Hazırda 3-4 yerli bankla danışıqlar aparılır, həmçinin, bu layihəyə xarici investisiyaların cəlb edilməsi də danışıqlar mövzusudur" - deyə Əsədullayev bildirib. O, bankların adını çəkməkdən imtina edib, qeyd edib ki, birlik kreditlər üzrə risklərin bölünməsi baxımından, güclü olmalıdır. "Ən azı üç bank birlikdə təmsil olunmalıdır. Əgər maraqlı olarsa, bu bankların sayı arta bilər." - "Azəriqaz Bank"ın rəhbəri belə hesab edir. Onun sözlərinə görə, yaradılacaq bank birliyi layihəsinin maliyyələşməsi ilə bağlı, artıq beynəlxalq maliyyə institutları ilə danışıqlar başlanıb.

Birlik, həmçinin, istehsalat və tikinti sahəsində ən maraqlı layihələri maliyyələşdirə bilər.

Azərbaycanın bank sistemində bankların birləşməsi ilk dəfə həyata keçiriləcək. Hazırda belə bir təcrübədən sığorta şirkətləri istifadə edirlər. Sığorta şirkətləri ölkədə daha çox maliyyə vəsaiti saxlamaq məqsədilə, riskləri bölüşürlər.

Xəbər lenti

Xəbər lenti