...

Vladimir Putinin Baş nazir postuna təyin olunması iqtisadiyyatda əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq- iqtisadi ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 18:28 (UTC +04:00)
Vladimir Putinin Baş nazir postuna təyin olunması iqtisadiyyatda əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq- iqtisadi ekspertlər

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ "AK Bars Finance" İnvestisiya Şirkətinin analitiki Oleq Sudakov hesab edir ki, Vladimi Putinin Baş nazir postuna mümkün təyin olunması hazırki iqtisadi kursun davam etdirilməsi deməkdir.

"Putin Baş nazir postuna təyin olunacağının mümkünlüyünü nəzərə çatdırmaqla, ilk növbədə, hazırki kursun irsiliyini təmin etmək vəzifəsini qarşısına qoyur" - deyə Sudakov bildirib.

Rusiyanın Baş nazirinin birinci müavini Dmitri Medvedev namizədliyini Rusiya prezidentinin postuna irəli sürən siyasi partiyaların liderləri ilə məsləhətləşmələrdən sonra bəyan edib ki, özünün prezident seçkilərində qalib gəlməsindən sonra, Vladimir Putin, Baş nazir vəzifəsini icra etməklə, hakimiyyətdə qalmalıdır. Putin Baş nazirin birinci müavini Medvedevin namizədliyinin RF-ni prezidenti postuna irəli sürülməsini dəstəkləyib.

Sudakovun sözlərinə görə, iqtisadi baxımdan bu, dövlət müəssisələrinin tikintisi, strateji sahələrdə, neft sənayesində, avia və gəmiqayırma sahələrində dövlət nəzarəti altında aktivlərin möhkəmləndirilməsi, nefi hasilatı ilə məşğul olan şirkətlərə ağır vergilərin təyin edilməsi kimi bugünkü tendensiyaların davamı və inkişafı deməkdir.

Analitikin sözlərinə görə, Rusiyanın siyasi həyatında baş verən son hadisələr xarici investorlar üçün müsbət siqnaldır.

"Bu siyasi hadisələr siyasi sabitlik və mövcud "oyun qaydaları"nın dəyişməz qalması deməkdir" - deyə analitik Trend a müsahibəsində bildirib.

Sudakovun sözlərinə görə, Vladimir Putinin mümkün Baş nazir seçilməsindən sonra, Nazirlər Kabinetində əhəmiyyətli dəyişikliklər baş verməyəcək. Analitikin sözlərinə görə, Putinin sonuncu hərəkəti plan çərçivəsində həyata keçirilir. Bu plan çərçivəsində, eləcə də, iki potensial davamçı ilə (Medvedev və İvanov) oyun aparılıb və hökumətdə kadr dəyişiklikləri baş verib.

Sentyabrın 14-də Putin Zubkovun Rusiya hökumətinin sədri vəzifəsinə təyin olunmasına dair fərman imzalayıb.

"Əgər hökumətdə yerdəyişmələr baş verərsə, bunlar o qədər böyük dəyişikliklər olmayacaq" - deyə analitik qeyd edib.

"Yeni prezidentlə münasibətlərin necə qurulacağı və onun nə dərəcədə "texniki" prezident olması məsələsi ən maraqlı məsələdir" - deyə analatik əlavə edib.

Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini Azər Mürsəliyev hesab edir ki, Putinin 2008-ci ilin may ayında Baş nazir olduğu təqdirdə, iqtisadi siyasət dəyişməyəcək.

Mürsəliyevin sözlərinə görə, seçkilər çox vaxt iqtisadiyyata mənfi təsir göstərir.

"Seçkilərdən sonra hökumət, ilk növbədə, yüksək infilyasiya və yüksək qiymətlərin yaratdığı problemləri həll edəcək" - deyə Mürsəliyev qeyd edib.

Mürsəliyevin fikrincə, Nazirlər Kabinetində dəyişikliklər prezident seçkisindən sonra kimin Baş nazir olacağından asılı olmayaraq baş verəcək.

"Nazirlər Kabineti elə qurulub ki, burada dəyişikliklərə daim ehtiyac var. Putinin Baş nazir olub-olmayacağından asılı olmayaraq, hökumətdə dəyişikliklər baş verəcək" - deyə Mürsəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti