...

Azərbaycanda kənd təsərrüfatı bankının yaradılması AYİB-in bankın səhmdarlarırın tərkibinə daxil olması barədə qərarı ilə üst-üstə düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / "Aqrar-Kredit" Qeyri-Bank Kredit Təşkilatından bazar ertəsi verilən məlumata görə, Azərbaycan Milli Bankı Avropa Yenidənqurma və İnkişaf Bankının "Aqrar-kredit"də iştirak payının əldə edilməsi barədə qərarından sonra qeyri-bank təşkilatının banka çevrilməsi üçün ona bank lisenziyası verməyi planlaşdırır.

AYİB kənd təsərrüfatı bankında səhmlərin 25%-nə iddia edir.

AYİB artıq "Aqrar-Kreditin" cari vəziyyəti və gələcək fəaliyyəti barədə lazımi məlumatları toplayıb. Bu beynəlxadq institut artıq ilkin razılıq verib, lakin rəsmi razılığın gələn il veriləcəyi gözlənilir. Bununla əlaqədar olaraq, "Aqrar-Kreditin" banka çevrilməsini 2008-ci ildən tez gözləmək olmaz.

Hazırda kredit təşkilatı məhdud lisenziya əsasında fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank"ın misalında olduğu kimi, hökumət "Aqrar-Kredit"in dövlət mülkiyyətindən çıxarılmasına qədər təşkilatın kapitallaşdırılmasını davam etdirəcək. 2008-ci ilin dövlət büdcəsində kredit təşkilatının kapitalının artırılması üçün 1 mln. manat ayrılıb, "Aqrar-Kredit" bu vəsaiti bu ilin yekunlarına əsasən. xəzinəyə dividendlər şəklində ötürməyi planlaşdırır

Hazırda kredit təşkilatının kapitalı 18 mln. manat səviyyəsində formalaşdırılıb.

Bundan öncə AMB-nin rəhbəri Elman Rüstəmovun verdiyi məlumata görə, aqrar bankı dövlətə məxsus olmamalıdır, lakin bu arada dövlət bankda iştirak etməlidir. Bununla əlaqədar olaraq, AMB digər ölkələrdəki analoji modelləri öyrənir. Ölkə hökuməti aqrar sektorun inkişafında maraqlıdır,bu sahənin maliyyə resurslarına olan tələbatı 1,2-1,3 mldr. dollar təşkil edir. Bu da kənd təsərrüfatı bankının tezliklə yaradılmasını labüd edir. "Aqrar-Kredit"in əsas səhmdarı Azərbaycan Maliyyə Nazirlyidir. Nazirlik səhmlərin 99,9%-ə malikdir, yerdə qalan hissəsi isə, "Azərsığorta" Dövlət Sığorta Şirkəti və "Meliorasiya və su su təsərrüfatı" ASC arasında bərabə bölünüb.

Xəbər lenti

Xəbər lenti