...

Bakıda Azərbaycan və Litva arasında iqtisadi məsləhətlər keçirilir - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Ağayeva/ Çərşənbə günü Bakıda Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın inkişafına dair danışıqlar başlanıb. Danışıqlar Litva Xarici İşlər Nazirliyinin Şərqi Avropa ilə mehriban qonşuluq Departamentinin idarəedici direktoru Arumes Vinçyunasın rəhbərliyi altında nümayəndə heyətinin səfəri çərçivəsində aparılır.

"Məsləhətlər kifayət qədər ciddi şəkildədir və Litvanın Azərbaycanla əməkdaşlıq etmək istədiyi demək olar ki, bütün ticarət-iqtisadi sahələri əhatə edir" - çərşənbə günü Litvanın Azərbaycandakı səfiri Kestitus Kudzmanas deyib.

Səfir qeyd edib ki, iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası komissiyanın yaradılması məsələsi də müzakirə olunur. Bu təşəbbüslə Litva tərəfi çıxış edib.

Nümayəndə heyəti Sənaye və Energetika, İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərində danışıqlar aparacaq, TRASECA katibliyində də görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti