...

Azərbaycanın iri sığorta şirkəti- Life törəmə şirkətinin açılışına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan - "Standard Insurance", mart ayında qüvvəyə minmiş, yeni "Sığorta fəaliyyəti haqqında" Qanunda nəzərdən tutulan Life sığortasının törəmə şirkətini açır.

" "Standard Insurance" keçən ildən öz kadrlarının təlimi ilə məşğuldur, hazırda Azərbaycan bazarında sıfır səviyədə olan həyat sığortası üçün proqram və məhsulların yenidən işlənməsinə başlayıb" - deyə çərşənbə günü "Standard Insurance"ın İdarə Heyətinin sədri Aydın Rəhmanov məlumat verib.

Yeni "Sığorta fəaliyyəti haqqında" Qanun marnın 15- dən qüvvədədir. Yeni Qanuna əsasən, sığorta şirkətləri Life və Non-life növlərinə ayrılmalıdır.(üç il müddətinə) Life şirkətlər sığortaçılara iki il minimal müddətlə toplanmış sığorta təqdim edə biləcək

"Standard Insurance" 170 min. manat dəyərində dörd həyat sığortası ( tibbi sığorta və bədbəxt hadismə sığortası istisna olmaqla) müqaviləsi imzalayıb.

"Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. O, Azərbaycanın sığorta şirkətləri arasında 2007-ci ildə "Moody's Investors Service" Agentliyindən B 1 səviyyəli maliyyə sabitliyi reytinqini qazanan ilk sığorta şirkətidir. Şirkətin Nizamnamə kapitalı səkkiz mln. manat təşkil edir. Şirkətin ilkin hesablamalarına görə, yanvar-mart aylarında "Standard Insurance" 4,7 mln.manat məbləğində sığorta haqqı yığıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti