...

Britaniyanın Konsaltinq Şirkəti 2009-cu ildə Amerika dolları məzənnəsinin avroya nisbətdə möhkəmlənəcəyini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir A.Bədəlova/ Britaniyanın iqtisadi tədqiqatlar üzrə Konsaltinq Şirkəti - "Capital Economics" 2009-cu ildə Amerika dolları məzənnəsinin avroaya nisbətdə 2008-ci ilin 1,5 dollarından 1,4 dolara qədər möhkəmlənəcəyini proqnozlaşdırır. Bu barədə Trend a bazar ertəsi "Capital Economics"dən məlumat verilib. Bazar ertəsi dolların avroaya nisbətdə məzənnəsi 1,584 dollar, cümə günü isə 1,5829 dollar təşkil edib.

2009-cu ildə Amerika dollarının funt sterlinqə nisbətdə məzənnəsi 2008-ci ilin 1,9 dollarına nisbətdə, orta hesabla, 1,7 dollar təşkil edəcək.

Cəri ilin əvvəlindən Amerika valyutası avroya nisbətdə 7,8 faiz ucuzlaşıb. Gələn həftə "Böyük Yeddiliy"in Vaşinqtonda keçiriləcək iclası öncəsi vahid Avropa valyutası öz tarixi maksimumuna - 1,5915 dollara çatıb.

"Böyük Yeddilik" ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri görüş zamanı dolların məzənnəsinin zəifləməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Görüşün yekunu üzrə bəyanatda bildirilir ki, "G7-nin son görüş tarixindən sonra bir çox valyutalarda qeyri-sabitlik müşahidə olunub və biz onun iqtisadi və maliyyə stabilliyi üçün törədə biləcək nəticələrindən narahatıq". "Böyük Yeddilik" Çini, ölkənin artan xarici ticarət saldosu və daxili inflyasiyası ilə əlaqədar yuananın məzənnəsini təcili surətdə möhkmləndirməyə çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : Capital

Xəbər lenti

Xəbər lenti