...

Azərbaycanın Şərur rayonunda əhalinin sosial müdafiəsi mərkəzi üçün yeni inzibati bina tikilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 07:41 (UTC +04:00)

Azərbaycan, Naxçıvan. 15 aprel / Trend , müxbr E.Məmmədov/ Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə 2008-ci Naxçıvan Muxtar Respublikasında inkişaf və tərəqqi ili elan olunub. Bu münasibətlə cari ildə muxtar respublikada 85 yeni inzibati binanın tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

Bu işlərin tərkib hissəsi olaraq Şərur rayon əhalinin sosial müdafiəsi mərkəzi üçün ikimərtəbəli inzibati bina tikilərək istifadəyə verilib.

Binanın tikintisi 2007-ci ilin dekabrından həyata keçirilirdi və "Gəmiqaya" MMC-yə həvalə olunmuşdu.

Binanın açılışında çıxış edən Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov   hazırda muxtar respublikada 2455 ailənin ünvanlı sosial yardım aldığını və 685 tənha ahıl və əlil olduğunu bildirib.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov isə bu il 10 şəhit və əlil ailəsi üçün yeni mənzilin tikiləcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti