...

ABŞ-ın Federal Ehtiyat Sistemi ilin ikinci yarısında uçot faiz dərəcələrinin fəal azaldılmasına davam edəcək - Britaniya iqtisadiyyatçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 14:30 (UTC +04:00)
ABŞ-ın Federal Ehtiyat Sistemi ilin ikinci yarısında uçot faiz dərəcələrinin  fəal azaldılmasına davam edəcək - Britaniya iqtisadiyyatçısı

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu həftə keçirilən növbəti iclasında 25 baza bəndində uçot faiz dərəcələrini iki faizədək azaldacaq. Britaniyanın "Capital Economics Ltd" konsaltinq şirkətinin iqtisadi araşdırmalar üzrə iqtisadçısı Culian Cessop (Julian Jessop) belə hesab edir.

Aprelin 30-da ABŞ FES-in növbəti iclası keçiriləcək. İclasda uçot faiz dərəcələrinin azaldılması məsələləri həll olunacaq.

Çənşənbə axşamı Cessopun Trend a verdiyi məlumata görə, ilk əvvəl 50 faiz bəndində FES faiz dərəcələrinin azaldılması proqnozlaşdırılıb.

"Bazar iştirakçıları güman edirlər ki, 25 baza bəndində faiz dərəcələrinin azalması kifayət qədərdir və bu sonuncudur, bundan sonra 2008-ci ilin axırlarında faiz dərəcələrinin artımı gözlənilir" - deyə Britaniya iqtisadçısı bildirib.

Onun rəyincə, bütün bunlara baxmayaraq, FES, faiz dərəcələrinin davam edən azalmasını dayandırmayacaq.

"Resesiya ilə bağlı çətinliklər daha aydın nəzərə çarpır. Ona görə də biz hesab edirik ki, FES cari ilin ikinci yarısında faiz dərəcələrinin aktiv endirimini davam etdirməyə məcbur olacaq" - deyə Cessop qeyd edib.

İpoteka kreditləri bazarına böhranın təsirini azaltmaq və Amerika iqtisadiyyatının artım templərinin kəskin azalmasının qarşısını almaq üçün 2008-ci ilin sentyabr ayından ABŞ FES-i üç baza bəndində uçot faiz dərəcələrini - illik 2,25 faiz azaldıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvanı: Capital

Xəbər lenti

Xəbər lenti