...

Mart ayında Bakıda satılan ən bahalı torpaq sahəsinin qiyməti açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / " müxbir U.İsmayılova/ Mart ayında Bakıda ən bahalı torpaq sahəsi, sotu 367 min dollara Bakının Nəsimi rayonunda, ən ucuzu isə sotu 350 dollara şəhərin Qaradağ rayonunda satılıb. Bu barədə çərşənbə günü "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Martda bir sotun orta qiyməti fevral ayına nisbətdə 4,3 faiz artaraq 23854 dollar təşkil edib.

Əhəmiyyətli dərəcədə qiymət düşməsi Bakının iki rayonunda (Nəsimi və Səbail), cüzi qiymət enməsi isə Binəqədi, Əzizbəyov, Suraxanı rayonlarında müşahidə olunub. Paytaxtın digər rayonlarında isə nisbətən stabillik müşahidə olunub.

Mart ayında bazara təqdim olunan 907 hektar torpağın 67 faizini boş sahələr təşkil edib.

Cədvəldə Bakının zonalarında torpaq üzrə qiymət dəyişiklikləri göstərilib:

Şəhərin zonası Qiymət bir sota görə dollarla Fevrala nisbətdə qiymət dəyişiklikləri üzrə faiz göstəriciləri
I 224256 1,7
II 134218 0,8
III 31421 1,9
IV 5330 6,1
Xəbər lenti

Xəbər lenti