...

Azərbaycan neftinin qiyməti: 28 iyul - 1 avqust həftəsinin yekunları

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust/ Trend , müxbir A.Bədəlova/ 28 iyul - 1 avqust həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $125,95/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,72/barr azdır.

28 iyul - 1 avqust həftəsində AZERI LT neftinin maksimal qiyməti $127,72/barr, minimal qiyməti isə $123,98/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

28 iyul - 1 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $118,36/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,91/barr azdır.

28 iyul - 1 avqust həftəsində URALS neftinin maksimal qiyməti$119,57/barr, minimal qiymət isə, $116,58/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

28 iyul - 1 avqust həftəsində Brent Dated neftinin orta qiyməti$124,23 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,45/barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $125,93/barr, minimal qiymət isə $122,5/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti