...

"Qərbi Qazaxıstan-Qərbi Çin" layihəsinin reallaşması zamanı yeni örtük texnologiyasından istifadə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 11:11 (UTC +04:00)

Qazaxıstan, Astana, 10 iyul / Trend , müxbir K.Konırova /

"Qərbi Qazaxıstan-Qərbi Çin" meqa layihənin reallaşması çərçivəsində sementbeton örtük texnologiyalarından istifadə olunacaq, bu barədə Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Abelqazı Kusainov  "Papenburq" şirkətinin idarəetmə heyətinin sədri Qyunter Papenburq ilə görüşü zamanı bildirib.

İdarənin mətbuat xidmətindən bildirildiyi kimi, "Papenburq" Qazaxıstan üçün yolların çəkilməsi üzrə yeni sementbeton örtük texnologiyası təşkil edib.

"Bu texnologiya xüsusilə Astana-Borovoe avtomobil yollarının yenidən bərpası layihəsində tətbiq edilib", - deyə mətbuat xidmətindən bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti