...

KfW Azərbaycanda su layihəsinin ikinci mərhələsinin dəyərini və istiqamətini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir İ. Xəlilova /

Almaniya İnkişaf Bankı KfW və Azərbaycan Hökuməti Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin bərpası layihəsini davam etdirmək üçün istiqaməti və maliyyələşdirmənin həcmini müəyyənləşdirib. Bu barədə bazar ertəsi bankın Bakı ofisinin rəhbəri Natiq Abdullayev məlumat verib.

"Layihənin ikinci mərhələsi 30 milyon avro ilə qiymətləndirilib. Əlavə maliyyə, regionları tam əhatə edən kanalizasiya sistemləri üçün müasir təmizləyici qurğuların quraşdırılması məqsədi ilə ayrılacaq", - Abdullayev deyib.

Onun sözlərinə görə, KfW layihənin ikinci mərhələsinin həyata keçirilməsi üçün 23 milyon avro ayırmağa hazırdır. Qalan vəsait Azərbaycan Hökumətinin payına düşür.  

Layihənin davamı iki şəhərin yeni su təchizatı sisteminə qoşulmasına və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına imkan verəcək. Ölkə hökumətinin istəyi ilə birinci mərhələdən qalan vəsaitin Gəncə və Şəkinin su şəbəkəsinin inkişafına sərf ediləcəyi istisna edilmir. KfW ofisi rəhbərinin dediyi kimi, bununla belə bu tədbirlərin layihənin birinci fazasının sonu, ikinci fazasının başlanğıcı arasında fasiləsiz keçirilməsi planlaşdırılır.

Layihənin birinci fazası Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin keyfiyyətinin və davamlılığının artırılması üçün büdcədən 55 milyon avronun ayrılmasını nəzərdə tutur. 2006-cı ilin oktyabrında imzalanmış Bern razılaşmasına əsasən, KfW layihənin reallaşdırılması üçün 37 milyon avro kredit verəcək. İqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (Seco) isə qrant formatında 10 milyon avro ayıracaq. Layihədə Azərbaycan Hökumətinin hissəsi 8 milyon avro təşkil edir.      

İlkin hesablamaya görə, bütün layihənin texniki-iqtisadi əsaslandırılması üçün 80-100 milyon avro tələb olunur. Daha əvvəl ehtimal olunduğu kimi, qalan məbləğ, artıq dörd ildir (tikinti işlərinin həyata keçirilməsinin son ili) layihənin birinci mərhələsinin reallaşdırılmasına cəlb olunması nəzərdə tutulan şəbəkə operatorlarına qoyulacaq.  

Operatorlar hər iki şəbəkə üçün KfW və Azərbaycan Hökumətinin birgə elan edəcəyi tender vasitəsilə müəyyən olunacaqlar. Şəbəkələr bu şəhərlərin su təchizatı sisteminin bərpasının başa çatdırılması üçün zəruri investisiyanın daxil edilməsi şərti ilə idarəetməyə veriləcək. Bankın təklifinə görə, şəbəkələr minimum dörd il idarəetməyə veriləcək.

Layihənin birinci fazası üzrə bankın konsultantı İsveçrənin konsaltinq şirkəti "Colenco"-dur. Şirkətin tapşırığına tenderin texniki şərtlərinin hazırlanması ilə yanaşı, Gəncə və Şəki su şəbəkələrinin institutsional təkmilləşdirilməsi də daxildir. Su şəbəkələri strukturunun təkmilləşdirilməsi tədbirləri və tikinti işləri paralel oaraq aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti