...

Azərbaycanın cənub rayonu taxıl tələbatının 80 faizini daxili istehsal hesabına ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 19:00 (UTC +04:00)
Dağ rayonu Lerikdə taxıl yığımı başlayıb. Rayonda taxıl sahələri 927 hektar genişləndirilərək 3177 hektara çatdırılıb.

Azərbaycan, Gəncə, 17 iyul / Trend , müxbir P.Əliyeva /

Dağ rayonu Lerikdə taxıl yığımı başlayıb. Rayonda taxıl sahələri 927 hektar genişləndirilərək 3177 hektara çatdırılıb. Bu barədə cümə günü icra hakimiyyətinin aqrar şöbəsindən bildiriblər.

Yaz dövründə yağıntının çoxluğu məhsuldarlığın artımını təmin edib. Son beş il ərzində Lerikdə taxıl istehsalı nəzərəçarpacaq dərəcədə artıb. Keçən il 4551 ton taxıl yığılmışdısa, bu il bu rəqəmin 5300 ton olacağı gözlənilir.

Bu il hər hektarın məhsuldarlığı 25 sentner təşkil edir. Bu mövsüm ilk dəfədir ki, yığılan məhsul rayonun buğdaya olan tələbatının 80 faizini ödəyəcək. Torpaq sahibləri qışa un ehtiyatı toplamaq niyyətindədirlər.

Lerikdə 11,4 min hektar əkinə yararlı torpaq sahəsi var ki, bunun da 3177 hektarında taxıl əkilib. Növbəti mövsümdə taxıl sahələrinin genişləndirilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti