...

SECO Azərbaycanda alternativ inflyasiya hesablamalarına texniki dəstək göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2009 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycanda alternativ inflyasiya hesablamaları üçün "İqtisadi araşdırmalar mərkəzi" QHT beynəlxalq təşkilatdan növbəti texniki kömək alıb. İndiyədək inflyasiyanın hesablanmasının alternativ metodologiyasının işlənməsi layihəsi çərçivəsində ABŞ-ın beynəlxalq inkişaf agentliyindən (USAID) və "Açıq Cəmiyyət İnstitutu" yardım fondundan vəsait cəlb edilirdi.

QHT yeni müqaviləni İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə imzalayıb. SECO-nun milli proqram rəhbəri Nailə Səfərovanın sözlərinə görə, müqavilənin fəaliyyət müddəti 13 aydır, büdcə isə 96 min dollar təşkil edir.

"Seco-nun texniki dəstəyi inflyasiyanın alternativ metodlarla modelləşməsinə və kalkulyasiyasına hesablanıb", - Səfərova deyib.

Onun sözlərinə görə, dekabrın 1-dən etibarən layihənin realizəsinə başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti