...

Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına 47 güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2010 17:54 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda işləyən sahibkarlara ümumi məbləği 650 min manat olan 47 güzəştli kredit ayırıb.
Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına 47 güzəştli kredit ayrılıb

Azərbaycan, Bakı, 10 mart / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda işləyən sahibkarlara ümumi məbləği 650 min manat olan 47 güzəştli kredit ayırıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Biləsuvar və qonşu rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında kreditin bölünməsi "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" çərçivəsində aparılıb. Tədbir Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkarın iştirakı ilə Biləsuvarda keçirilib.

Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir iştirakçıları Biləsuvar rayonunda Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına "Azərsun Holdinq" MMC tərəfindən inşa edilən konserv zavodunun fəaliyyəti ilə tanış olublar.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kredit verilişi səlahiyyətli banklar və ümumi sayı 36 ədəd təşkil edən qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. 2009-cu ildə SKMF səlahiyyətli kredit təşkilatları vasitəsilə ümumi məbləği 30 milyon manat olmaqla 2100-dən çox kredit verib. Bununla da ötən il SKMF hesabına güzəştli kredit alan sahibkarların sayı 2008-ci illə müqayisədə 2,6 dəfə, kreditlərin həcmi isə 48 faiz artıb.

Fond 2010-cu ildə minimum 115 milyon manat həcmində güzəştli kredit ayırmağı planlaşdırır.

Martın 10-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti