...

"Blizko" sistemi Bank Respublikanın əməkdaşlarını mükafatlandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2010 16:19 (UTC +04:00)
Bank Respublikanın Masallı filialının və Gəncə şöbəsinin əməkdaşları "Blizko" sistemi üzrə pulköçürmə xidmətləri göstərən məntəqələrin əməliyyatçıları arasında keçirilən "Blizko ilə birgə" aksiyasının qalibləri olub.
"Blizko" sistemi Bank Respublikanın əməkdaşlarını mükafatlandırdı

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bank Respublikanın Masallı filialının və Gəncə şöbəsinin əməkdaşları "Blizko" sistemi üzrə pulköçürmə xidmətləri göstərən məntəqələrin əməliyyatçıları arasında keçirilən "Blizko ilə birgə" aksiyasının qalibləri olub. Aksiya 2010-cu ilin aprel-iyun aylarında "Blizko" sistemi üzrə aparılan əməliyyatların sayına görə sistemin ən aktiv iştirakçısının seçilməsi məqsədilə keçirilib.

Aksiyanın yekunlarına əsasən, Bank Respublikanın 2 əməkdaşı hər biri 200-dən artıq tranzaksiya edərək sistemin ən aktiv operatorları seçiliblər. Masallı filialının aparıcı mütəxəssisi Bəhruz Babayev və Gəncə şöbəsinin aparıcı mütəxəssisi Maisə Katibova kampaniyanın keçirildiyi dövr ərzində ən çox əməliyyat edərək "Blizko" sistemindən hədiyyələrə sahib olublar.

Blizko təcili pul köçürmələri sistemi Rusiyanın "Svyaz Bank"ı tərəfindən təsis olunub və 6 min məntəqəyə malikdir. Köçürmələri rus rublu, ABŞ dolları və avroda aparmaq mümkündür.

Bu gün Bank Respublika "Western Union", "Coinstar", "Contact", "PrivatMoney", "Bıstraya poçta", "Blizko", "Xpress Money", "Allür" və "Zolotaya Korona" pulköçürmə sistemləri vasitəsilə əhaliyə təcili pulköçürmə xidmətləri göstərir. Pul köçürmələri 1-15 dəqiqə ərzində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti