...

Azərbaycanda meyvə istehsalı ilə məşğul olan kiçik və orta müəssisələrin yaradılması üzrə investisiya layihələrinin seçimi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 16:19 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu meyvə istehsalı ilə məşğul olan kiçik və orta müəssisələrin yaradılması və müasir texnologiyaların tətbiqi məqsədilə yenidənqurma sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlıq subyektləri təklifinin qəbulunu elan edib.

Аzərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu meyvə istehsalı ilə məşğul olan kiçik və orta müəssisələrin yaradılması və müasir texnologiyaların tətbiqi məqsədilə yenidənqurma sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlıq subyektləri təklifinin qəbulunu elan edib.

SKMF-nin apardığı tədqiqatlara əsasən, yaxın günlərdə xüsusi istehsal hesabına tam idxal mümkün olacaq. Bazar ertəsi fondun icraçı-direktoru Şirzad Abdullayevin dediyi sözlərə görə, hal-hazırda meyvələrin daxili istehsalı ilə yanaşı, konservləşdirilmiş və qurudulmuş meyvə məhsulları xaricdən idxal olunur.

2009-cu ildə ölkədə istehsal olunan meyvənin ümumi həcmi 850,6 min ton təşkil edib. Bu il isə hava şəraitinə görə məhsul həcmi aşağı düşə bilər.

Abdullayevin sözlərinə görə, Milli Fond ilk dəfə meyvə istehsalı üzrə kiçik və orta müəssisələrin yaradılması sahəsində layihələrin effektiv gerçəkləşdirilməsi üzrə ilkin biznes-plan hazırlayıb. Biznes-plana əsasən, mövcud layihəni 165 min manata avadanlıq, 17 min manata maşın almaqla,120 min manata tikinti-yenidənqurma və infrastruktur işləri hesabına 327 min manata gerçəkləşdirmək olar.

İstehsal olunmuş məhsul yalnız daxili bazarın tələbatını ödəmək üçün deyil, Rusiya, Ukrayna və Avropa ölkələrinə ixrac üçün nəzərdə tutulub.

SKMF-nin hesablamalarına görə, hazır məhsulun bir ton həcmində istehsalı 430 manata, qablaşdırılması 110 manata başa gəlir.

Müsabiqə çərçivəsində layihələr ölkənin bütün iqtisadi rayonları üzrə tətbiq olunur (Bakıdan başqa). Fondun qaydalarına əsasən, investisiya layihəsinin minimum 40 faiz dəyəri sahibkarlıq subyekti tərəfindən, qalan hissəsi isə fondun güzəştli krediti hesabına maliyyələşdirilməlidir. Layihənin maliyyələşdirilməsində Azərbaycan İnvestisiya Şirkəti və yaxud onun törəmə strukturları payçı kimi iştirak edə bilərlər.

Sahibkarlar birinci növbədə, fondun müvəkkil kredit təşkilatlarına müraciət etməli və maliyyələşdirmə haqqında tam müsbət qərar aldıqdan sonra, Sahibkarlığa Kömək Milli  Fonduna 2010-cu il sentyabrın 20-si saat 18:00-dək layihələri təqdim etməlidirlər.

Təkliflər paketinin açılması 2010-cu il sentyabrın 21-i saat 12:00-dək təşkil olunacaq.

Fond tərəfindən qəbul olunmuş qərarlar 2010-cu il oktyabrın 5-i 12:00-dək elan olunacaq.

Əlaqə telefonları: (012) 433-63-66, (055) 227-01-36, (055) 229-29-99, (055) 227-01-30

Faks: (012) 433-63-68.

e-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172, 5-ci mərtəbə.

İyulun 20-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti