...

Mərkəzi Bank "MasterCard" beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2010 12:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "MasterCard" beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, "Kart bazarında fırıldaqçılıqla mübarizə" mövzusunda seminar keçirib. Bu barədə çərşənbə günü Mərkəzi Bankdan verilən məlumatda deyilir.
Mərkəzi Bank "MasterCard" beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "MasterCard" beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, "Kart bazarında fırıldaqçılıqla mübarizə" mövzusunda seminar keçirib. Bu barədə çərşənbə günü Mərkəzi Bankdan verilən məlumatda deyilir.

Seminarda "MasterCard"ın risk servisləri üzrə biznes lideri Cem Kibaroğlu tərəfindən emitent və ekvayrinq fəaliyyətində fırıldaqçılığa qarşı mübarizənin təşkili, bu sahədə beynəlxalq təcrübə və risklərin qarşısının alınması üçün zəruri tədbirlər, həmçinin, elektron ticarətdə risklərin idarə edilməsi mövzusunda ətraflı məlumat verilib.

Seminarda Mərkəzi Bankın, dövlət qurumlarının və həmçinin, ölkədə fəaliyyət göstərən bankların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti