...

Azərbaycanda qanunsuz totalizator fəaliyyətinə görə ilk cinayət işi qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2011 15:27 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi keçirdiyi vergi nəzarəti üzrə tədbirlər zamanı Bakıdakı beş obyektdə qanunsuz totalizator fəaliyyətinin həyata keçirildiyini aşkar edib. Bu barədə idarənni saytında şənbə günü dərc edilən məlumatda deyilir.
Azərbaycanda qanunsuz totalizator fəaliyyətinə görə ilk cinayət işi qaldırılıb

Azərbaycan, Bakı , 16 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycanın Vergilər Nazirliyi keçirdiyi vergi nəzarəti üzrə tədbirlər zamanı Bakıdakı beş obyektdə qanunsuz totalizator fəaliyyətinin həyata keçirildiyini aşkar edib. Bu barədə idarənni saytında şənbə günü dərc edilən məlumatda deyilir.

Məlumata görə, bu obyektlər sırasında şəhərin Səbail rayonundakı "NTV+" , Nəsimi rayonundakı Qədim Bakı , Yasamaldalı "Madrid" , Xətaidəki "Zenit" və "Madrid" var. Bu obyektlərdə futbol oyunları ərəfəsində vətəndaşlarla proqnozlar və oyunların nəticələri ilə bağll pul ödənişləri həyata keçirilib.

Bu obyektlər kafe və çayxana kimi fəaliyyət göstərir və xüsusi icazə almadan totalizator kimi qanunsuz fəaliyyət göstərirlər.

Nazirliyin əməkdaşlarının nəzarət tədbirləri zamanı bir noutbuk, kompyuterlər üçün yeddi prosessor, "qara mühasibat" sənədləri, müxtəlif firmaların möhür və ştampları, vətəndaşlara verilən yüzələrlə ödəniş kuponları, eləcə də 294 manat nağd vəsait götürülüb.

Qanunsuz totalizator fəaliyyəti nəticəsində dövlət büdcəsinə 1752,846 min manatdan artıq verginin ödənilməsindən yayıyan "Bavariya" kafesinin sahibi barəsində CM-nin 213-cü maddəsi üzrə qanunsuz fəaliyyətin təşkili ilə bağlı cinayət işi qaldırılıb.

Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 29 dekabr tarixli 245 nömrəli qərarına əsasən, azart idman oyunlarının təşkilatçıları və onların agentləri ( satıcıları) vergilərin ödənilməsinə cəlb olunurlar.

Aprelin 16-na rəsmi məzənnə 0,7917 AZN/ USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti