...

"Silk Way" aviaşirkəti Bakı-Əl-Küveyt marşrutu üzrə yük reyslərinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2011 13:14 (UTC +04:00)
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) və Küveyt Mülki Aviasiyası "Silk Way" aviaşirkətinin müntəzəm yük reyslərinin açılması məsələsi ilə bağlı razılıq əldə ediblər.
"Silk Way" aviaşirkəti Bakı-Əl-Küveyt marşrutu üzrə yük reyslərinə başlayır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) və Küveyt Mülki Aviasiyası "Silk Way" aviaşirkətinin müntəzəm yük reyslərinin açılması məsələsi ilə bağlı razılıq əldə ediblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DMAA-nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, razılaşma DMAA direktorunun müavini Fuad Quliyevlə Küveyt Mülki Aviasiyasının prezidenti Fəvaz Əbdül-Əziz əl-Fərah arasında Əl-Küveytdə keçirilən görüşdə əldə olunub.

Görüşdə tərəflər "Silk Way" aviaşirkətinin yaxın zamanlarda Bakı ilə Əl-Küveyt arasında müntəzəm yük reyslərini yerinə yetirmək niyyətini müsbət dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti