...

Azərbaycan IOTA çərçivəsində vergi borclarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 10:56 (UTC +04:00)
Azərbaycan IOTA çərçivəsində vergi borclarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir
Azərbaycan IOTA çərçivəsində vergi borclarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Axundov /

Azərbaycan icbari vergutitma sahəsində inzibatçılığı xeyli təkmilləşdirib. Bu barədə vergilər nazirinin birinci müavini Sahib Ələkbərov Avropa Vergi İnzibatçılığı Təşkilatının (IOTA) vergi borclarının idarə olunması üzrə işçi qrupunun Bakıda çərşənbə axşamı keçirilən birinci iclasında deyib.

"Vergilər Nazirliyi beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayırır. IOTA-nın işçi qrupunun bu iclası qurumun üzvləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, vergi borclarının idarəsi sahəsində səmərəliliyin artırılması yolunda mühüm addım olacaq", - Ələkbərov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan bu sahədə müəyyən uğurlar əldə edib.

Texniki ekspertlərin iclasında çıxış edən işçi qrupun rəhbəri Yevgenius Soldatkovas təşkilatın işində Azərbaycanın fəal iştirak etdiyini qeyd edib.

İclasda IOTA üzvü olan 20 ölkənin vergi borclarının idarə olunması üzrə eksperti iştirak edir.

İşçi qrup işini martın 8-dək davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti