...

Bakıda növbəti dəfə qeyri-dəqiq reklamın yayımı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 17:52 (UTC +04:00)
"Bütün mallara 40-50% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.
Bakıda növbəti dəfə qeyri-dəqiq reklamın yayımı dayandırılıb

Azərbaycan, Bakı, 7 mart /Trend/

Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 14 ünvanında Emin Əliömərova məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Bütün mallara 40-50% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.

Trend-in İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti