...

Dəmir Yolları Əməkdaşlıq Təşkilatının növbəti iclası Tallində keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 15:29 (UTC +04:00)
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) növbəti iclası 2013-cü ilin iyununda Tallində keçiriləcək.
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının növbəti iclası Tallində keçiriləcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/

Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) növbəti iclası 2013-cü ilin iyununda Tallində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Bakıda DYƏT-in 40-cı iclası çərçivəsində təşkilatın komitə sədri Tadeuş Şozda deyib.

Onun sözlərinə görə, təşkilat çərçivəsində Avropa ilə Asiyanı birləşdirən 13 dəmiryol dəhlizi fəaliyyət göstərir. Habelə, başlanğıcını Avropanın şimal hissəsindən götürən, Rusiyadan, Qafqazdan, eləcə də Azərbaycandan keçərək İran körfəzi istiqamətində gedən Şimal-Cənub dəhlizi də fəaliyyət göstərir.

"Bu dəhliz çox böyük əhəmiyyətə malikdir. Çünki o, Fars körfəzinin zəngin enerji resurslarına, eləcə də Azərbaycanın enerji daşıyıcılarına yol açır. Bu nöqteyi-nəzərdən, bu dəhlizin normal işi təşkilatımız üçün çox vacibdir", - Şozda deyib.

Dəmir yollarında həyata keçirilən daşımaların təhlükəsizliyinin təmin olunması və terror aktlarının qarşısının alınması problemlərinə toxunan DYƏT komitəsinin sədri bildirib ki, bu, hüquq-mühafizə orqanlarının məşğul olması lazım gələn çox mürəkkəb məsələdir.

"Bununla yanaşı, biz dövləti və dəmiryol orqanlarını bu insidentlərin qarşısının alınması üçün bütün tədbirləri görməyə çağırırıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti