...

"AtaSığorta" 2011-ci ilin nəticələrinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 17:49 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti "AtaSığorta"nın səhmdarlarının ümumi yığıncağı kənar müstəqil auditor tərəfindən yoxlanılaraq rəy verilmiş 2011-ci ilin yekunları üzrə maliyyə hesabatlarını təsdiq edib.
"AtaSığorta" 2011-ci ilin nəticələrinə yekun vurub

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "AtaSığorta"nın səhmdarlarının ümumi yığıncağı kənar müstəqil auditor tərəfindən yoxlanılaraq rəy verilmiş 2011-ci ilin yekunları üzrə maliyyə hesabatlarını təsdiq edib.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 21-də "AtaSığorta" ASC səhmdarlarının 2011-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaqda 2011-ci ilin yekunları üzrə İdarə Heyətinin, Direktorlar Şurasının, Təftiş Komissiyasının hesabatları dinlənilib və şirkətin fəaliyyətinin gücləndirilməsi barədə qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti