...

Tatarıstan Kam innovasiya klasterinə Azərbaycanın investisiyalarında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 12:46 (UTC +04:00)
Tatarıstan Respublikasının İnvestisiyaların İnkişafı Agentliyi azərbaycanlı sahibkarları fevralın 25-də Naberejnıye Çelnıda keçiriləcək "Kam innovasiya forumu 2013"-də iştirak etməyə dəvət edir.
Tatarıstan Kam innovasiya klasterinə Azərbaycanın investisiyalarında maraqlıdır

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Tatarıstan Respublikasının İnvestisiyaların İnkişafı Agentliyi azərbaycanlı sahibkarları fevralın 25-də Naberejnıye Çelnıda keçiriləcək "Kam innovasiya forumu 2013"-də iştirak etməyə dəvət edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda deyilir.

"Tədbir Rusiyada innovasiya ərazi klasterlərinin inkişafının pilot proqramlarının seçim müsabiqəsinin nəticələri üzrə respublikada yaradılan və aktiv inkişaf edən Kam innovasiya ərazi-istehsalat klasterinə investisiyaların cəlb edilməsi üçün mühüm meydandır", - agentliyin məlumatında deyilir.

Bu forum 2013-cü il üçün planlaşdırılan investisiya tədbirləri silsiləsindən birincidir. Forum agentliyin 2012-ci ildə başladığı səyyar müşavirələrin davamı olacaq.

Forumda respublikada fəaliyyət göstərən sərmayədarlar, investisiya infrastrukturları təşkilatlarının nümayəndələri (banklar, fondlar, AİZ, investisiya meydançaları), eləcə də Tatarıstan ərazisində fəaliyyət göstərən əcnəbi sərmayədarlar iştirak edəcəklər.

Forumun gedişində Naberejnıye Çelnının və Kam klasterinin Yelabuj, Zain, Mendeleyev, Nijne Kam, Tukayev bələdiyyə rayonlarının nümayəndələri də iştirak edəcəklər. Onlar iştirakçılara investisiya layihələri təqdim edəcək, eləcə də birgə fəaliyyətin mümkün istiqamətlərini açıqlayacaq və hər bir rayonun investisiya potensialından istifadənin mümkünlüyü üzrə təkliflər səsləndirəcəklər.

"Kam innovasiya forumu 2013" "Kam klasterinin inkişafına dövlət dəstəyi" mövzusunda plenar iclasla açılacaq. Daha sonra forum öz işini "Kam klasterində özəl investisiyaların perspektivləri" mövzusunda diskussiyalarla davam etdirəcək.

Eləcə də forum iştirakçıları "Tatarıstan Respublikasında mebel sahəsində investisiyaların perspektivləri" mövzusunda "təkbətək" və "dəyirmi masa" formatında işgüzar təmaslarda iştirak edə biləcəklər.

Əlavə məlumat almaq üçün:

TR İnvestisiya İnkişafı Agentliyi http://investintatarstan.com
Telefon: +7 843 570 39 91

Məqalədə:
Xəbər lenti

Xəbər lenti