...

Alkoqollu içkilər istehsal edən müəssisə "Azərsu" ASC-yə 200 min manata yaxın ziyan vurub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 17:30 (UTC +04:00)
“Azərsu” ASC-nin Abonent işləri bazası departamenti əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Zığ şossesində yerləşən "ALKO LTD-AZƏR SPİRT" MMC şirkətinə məxsus alkoqollu içkilər istehsal edən müəssisədə içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.
Alkoqollu içkilər istehsal edən müəssisə "Azərsu" ASC-yə 200 min manata yaxın ziyan vurub (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

"Azərsu" ASC-nin Abonent işləri bazası departamenti əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Zığ şossesində yerləşən "ALKO LTD-AZƏR SPİRT" MMC şirkətinə məxsus alkoqollu içkilər istehsal edən müəssisədə içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəssisənin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektə diametri 150 mm olan borularla qeyri-qanuni su xətti çəkilib. "Azərsu" əməkdaşları qeyri-qanuni çəkilmiş su xəttini ləğv edib. Aparılmış qiymətləndirmə nəticəsində içməli sudan qeyri-qanuni istifadə edilməsinə görə "Azərsu" ASC-yə dəymiş zərər 195 436 manat 80 qəpik hesablanıb.

Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 2013-cü ilin əvvəlindən fevral ayının 20-dək Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə üzrə 178 fakt aşkarlanıb, aparılmış qiymətləndirmə nəticəsində 473 min manat dəymiş ziyan hesablanıb.

"Azərsu" ASC bir daha istehlakçıların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi həyata keçirilir və belə qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti