...

"Paşa Bank" bu il aktivlərin 13 faizədək artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 19:35 (UTC +04:00)
"Paşa Bank" bu ilin sonuna aktivlərini 850-900 milyon manata çatdırmağı planlaşdırır.
"Paşa Bank" bu il aktivlərin 13 faizədək artımını proqnozlaşdırır

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/

"Paşa Bank" bu ilin sonuna aktivlərini 850-900 milyon manata çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın baş maliyyə inzibatçısı Şahin Məmmədov mətbuat konfransında deyib.

2012-ci ilin yekunları üzrə bankın aktivləri il ərzində 26 faiz artaraq 791 milyon manat (təqribən 920 milyon dollar) təşkil edib.

Ötən il aktivlərin 47 faizi qiymətli kağızlar portfelinin, 38 faizi müşrətilərə verilən kreditlərin, 10 faizi nağd pul və nağd pul ekvivalentlərinin, 2 faizi isə kredit təşkilatlarına verilən vəsaitlərin payına düşüb. 2012-ci ilin yekunları üzrə bankın məcmu kapitalı 188,348 milyon manat olub.

Məmmədovun sözlərinə görə, bank 2013-cü ildə 16 milyon manat səviyyəsində xalis mənfəət əldə etməyi planlaşdırır. Bankın ötən il 16,21 milyon manat səviyyəsində xalis mənfəəti olub ki, bu da 2011-ci ilin göstəricisini 37 faiz üstələyib.

"Paşa Bank" bu il kredit portfelinin 30-35 faiz artmasını proqnozlaşdırır. Ötən il bankın kredit portfeli 15 faiz, yəni 282,84 milyon manatadək artıb, portfel üzrə effektiv ehtiyat dərəcəsi isə 3,1 faiz (2011-ci ildə 5,2 faiz) olub. Kreditlərin, əsas borcun və ya vaxtı 90 gündən çox ötmüş faizlərin ödənişi portfelin 8-10 faizini təşkil edir", - Məmmədov deyib.

Bank, həmçinin bu il ticari maliyyələşdirmə üzrə portfeli 140 milyon manata çatdırmağı planlaşdırır. Bu rəqəm 2012-ci ildə 2,3 dəfə artaraq 101,65 milyon manata çatıb.

İlin sonuna bankın aktivləri (ROA) və kapitalı (ROE) üzrə rentabellik, müvafiq olaraq, 3,84 faiz (2011-ci ildə 3,4 faiz) və 17,62 faiz (2011-ci ildə 15,8 faiz) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti