...

“AtaBank” ASC-nin aktivləri təxminən 3 dəfəyə qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 12:20 (UTC +04:00)
2013-cü ilin birinci rübünün yekunlarına görə, “AtaBank” ASC-nin aktivləri ötən müqayisədə a 31.1% və ya 70.6 mln manat artaraq 297.8 mln. manat olub.
“AtaBank” ASC-nin aktivləri təxminən 3 dəfəyə qədər artıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

2013-cü ilin birinci rübünün yekunlarına görə, "AtaBank" ASC-nin aktivləri ötən müqayisədə 31.1 faiz və ya 70.6 mln. manat artaraq 297.8 mln. manat olub. Bu barədə bazar ertəsi bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərəçarpacaq dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 28.9 faiz və ya 44.7 mln. manat artaraq, 199.2 mln. manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 62.4 mln. manat artaraq, 252.3 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2012-ci ilin martında bu göstərici 190,5 mln. manat təşkil edib.

2012-ci ilin martı ilə müqayisədə nizamnamə kapitalı 11.9 faiz və ya 2.9 mln. manat artaraq 27.9 mln. manat olub.

Martın sonuna bankın mənfəəti 1.03 mln manat təşkil edib.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti