...

Şahin Mustafayev: Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə Şərqi Avropa və MDB-də liderdir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 11:52 (UTC +04:00)
Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə Şərqi Avropa və MDB regionunda liderdir.
Şahin Mustafayev: Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə Şərqi Avropa və MDB-də liderdir (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə Şərqi Avropa və MDB regionunda liderdir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əgər əvvəllər xarici investisiyaların həcmi yerli investisiyaların həcmini üstələyirdisə, son 5 il ərzində vəziyyət dəyişməyə başlayıb.

"Son 10 ildə Azərbaycan iqtisadiyyatına 132 milyard dollar həcmində investisiya qoyulub, bu vəsaitdən 60 faizi qeyri-neft sektorunun payına düşüb. Hazırda Azərbaycanın özü investisiya ixrac edən ölkəyə çevrilir", - Mustafayev bildirib.

Nazirin sözlərinə görə, son 10 ildə qeyri-neft sektorunun artımı ÜDM-nin real artımını 2,7 dəfə üstələyib.

"Son 2 ildə qeyri-neft ÜDM-i orta hesabla ildə 10 faiz, bu ilin I rübündə isə 11,1 faiz artıb. Belə ki, cari ildə təqribən 100 sənaye obyektinin istismara verilməsi gözlənilir, 90 müəssisənin tikintisi davam etdiriləcək", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, ölkənin xarici borcu ÜDM-nin 7,5 faizini, valyuta ehtiyatlarının həcmi ÜDM-nin təqribən 70 faizini, dövlət büdcəsinin defisiti isə ÜDM-nin təqribən 1 faizini təşkil edir.

Konfransda, həmçinin Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Prezident Administrasiyası yanında İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, elmi və işgüzar dairələrin nümayəndələri çıxış ediblər. Çıxış edənlər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında, bütün sahələrdə, o cümlədən regionların inkişafı, iqtisadiyyat və biznes sahələrində köklü islahatların keçirilməsində göstərdiiyi xidmətlər barədə bəhs ediblər. Konfrans zamanı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti