...

“AGBank” Türkiyəyə pulköçürmələrin qiymətini aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 13:50 (UTC +04:00)
AGBank “UPT-yə Xoş Gəldiniz” kampaniyasına start verib. Aksiya çərçivəsində Türkiyəyə pul köçürən ilk 1000 müştəri cəmi 1 dollar komissiya ödəyəcək.
“AGBank” Türkiyəyə pulköçürmələrin qiymətini aşağı salıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

"AGBank" "UPT-yə Xoş Gəldiniz" kampaniyasına start verib. Aksiya çərçivəsində Türkiyəyə pul köçürən ilk 1000 müştəri cəmi 1 dollar komissiya ödəyəcək. Bu barədə Trend-ə cümə axşamı bankdan daxil olan məlumatda bildirilir

UPT Azərbaycanda, AGBankın filiallarından, Türkiyədəki bütün poçt xidmətləri şöbələrinə (PTT) və banklara pul göndərib ala biləcəyiniz Türkiyənin yeganə pulköçürmə sistemidir.

UPT ilə bank hesabı açmadan, türk lirəsi, avro və ABŞ dolları valyutalarında pul köçürmələri edə bilərlər. Türkiyədəki bütün poçt xidmət şöbələrindən (PTT) hər hansı birinə bir dəqiqə ərzində alanın adına pul göndərə bilərlər.

Pul göndərmək üçün ən yaxın "AGBank" şöbəsinə, şəxsiyyətinizi təsdiq edən sənədlə yaxınlaşmaq lazımdır.

Göndərmək sitədiyiniz məbləği və valyuta növünü seçin. UPT əməliyyatına aid sizə verilmiş köçürmə kodunu alıcıya bildirin.

Türkiyəyə pul göndərmək bizimlə daha ucuz və daha sadədir.

"AGBank" zəngin olmaq haqqınızdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti