...

"Air Astana" Astanadan Bakıya reyslərin sayını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2013 13:18 (UTC +04:00)
"Air Astana" aviaşirkəti Astana-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 3 dəfəyədək artırıb.
"Air Astana" Astanadan Bakıya reyslərin sayını artırıb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E. İsmayılov/

"Air Astana" aviaşirkəti Astana-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 3 dəfəyədək artırıb. Bu barədə bazar ertəsi Trend-ə aviaşirkətin Bakı ofisindən bildiriblər.

Nümayəndəlikdən deyiblər ki, əgər əvvəllər təyyarə Bakıdan çərşənbə axşamı və cümə günləri yola düşürdüsə, mayın 25-dən etibarən aviareys bazar günləri də uçuş həyata keçirilməyə başlayıb.

Müvafiq olaraq, təyyarə Astanadan Bakıya bazar ertəsi, cümə axşamı və şənbə günləri yerli vaxtla saat 21:35-də uçur, Bakıdan uçuş isə çərşənbə axşamı, cümə və bazar günləri saat 00:50-də (yerli vaxtla) həyata keçirilir. Uçuş müddəti təqribən 3 saat davam edir.

Aviaşirkətdən qeyd ediblər ki, bir istiqamətə biletin qiyməti 230 manatdan, hər iki tərəfə isə 400 manatdan başlayır: "Qiymət aviabiletlərin alınması müddətindən asılı olaraq dəyişir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti