...

Bəs siz artıq siftə etmisiniz?

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2013 12:29 (UTC +04:00)
Unibank-ın "SİFTƏ KREDİTİ" aksiyası əhali arasında böyük maraq doğurub. Hər gün Unibank filiallarına bu kreditlə bağlı yüzlərlə müraciət daxil olur.
Bəs siz artıq siftə etmisiniz?

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Unibank-ın "SİFTƏ KREDİTİ" aksiyası əhali arasında böyük maraq doğurub. Hər gün Unibank filiallarına bu kreditlə bağlı yüzlərlə müraciət daxil olur.

"Siftə krediti" aksiyası, ümumiyyətlə kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçündür. İlk dəfə kredit üçün müraciət edənlər, Unibank-dan 6% endirimlə kredit alırlar. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 65 yaşadək Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik "Siftə krediti" alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir. Unibank-dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Qeyd edək ki, Unibank-da kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibank-ın cash-in ödəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti