...

"Mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələr" mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2013 18:08 (UTC +04:00)
Bu gün Bakı Biznes Mərkəzində Avropa İttifaqının və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda mənzil-kommunal sahəsində islahatlara dəstək” layihəsi çərçivəsində “Mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələr” mövzusunda seminar keçirilib.
"Mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələr" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Bu gün Bakı Biznes Mərkəzində Avropa İttifaqının və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə həyata keçirdiyi "Azərbaycanda mənzil-kommunal sahəsində islahatlara dəstək" layihəsi çərçivəsində "Mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələr" mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə və Maliyyə nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı və ona daxil olan rayonların, Sumqayıt şəhərinin icra hakimiyyətlərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, eləcə də qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.

Seminarda çıxış edən nazir müavini Sevinc Həsənova ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını vurğulayıb. Qeyd edilib ki, digər sahələrlə yanaşı, sosial yönümlü iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olan mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilib. 1 oktyabr 2009-cu il tarixindən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir.

Tədbirdə yeni idarəçilik üsulları, onların üstünlükləri barədə danışılıb, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri, yaratdığı imkanlar barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb.

Tədbirdə Avropa İttifaqının eksperti Yerji Fişer Azərbaycanın mənzil-kommunal sektorunda aparılan islahatlara, bu sahənin yeni Mənzil Məcəlləsinə uyğun olaraq idarə olunmasına, mövcud qanunvericiliyin yaratdığı imkanların təhlilinə həsr olunmuş ilkin hesabatla çıxış edib, bu sahədə həyata keçirilən qabaqcıl dünya təcrübəsinin tətbiqinin faydalı olacağını qeyd edib.

Sonra tədbirdə mənzil-kommunal sahəsində yeni münasibətlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti