...

Azərbaycanda indiyədək məcburi köçkün sahibkarlara 24 milyon manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 15:20 (UTC +04:00)
Bu gün Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlarla onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi və maliyyələşdiriləcək investisiya layihələri barədə təqdimatların keçirilməsi və məcburi köçkün sahibkarlara güzəştli kreditlərin verilməsi məqsədilə tədbir keçirilib.
Azərbaycanda indiyədək məcburi köçkün sahibkarlara 24 milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bu gün Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlarla onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi və maliyyələşdiriləcək investisiya layihələri barədə təqdimatların keçirilməsi və məcburi köçkün sahibkarlara güzəştli kreditlərin verilməsi məqsədilə tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 150-dən çox məcburi köçkün sahibkarın iştirak etdiyi tədbir çərçivəsində onlara güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli tamet, qapı-pəncərə istehsalı sexlərinin, kağız tullantılarının toplanması və ilkin emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək 1219 məcburi köçkün sahibkara 24,1 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırıb. Bu kreditlərin reallaşdırılması məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qubadlıdan olan 15 məcburi köçkün sahibkara 202 min manatdan çox güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti