...

Azərbaycanda yeni ipoteka strategiyasının nə vaxt qəbul ediləcəyi məlum deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2014 17:32 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditləşməsinin inkişafı üzrə yeni strategiyanın qəbulu məsələsi hələlik açıq qalır.
Azərbaycanda yeni ipoteka strategiyasının nə vaxt qəbul ediləcəyi məlum deyil

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda ipoteka kreditləşməsinin inkişafı üzrə yeni strategiyanın qəbulu məsələsi hələlik açıq qalır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

O, qeyd edib: "İpoteka strategiyası ölkə hökumətinə tərəfimizdən təqdim olunub. Orada bir çox maraqlı məqamlar və fikirlər var, hazırda aktiv çoxtərəfli müzakirələr gedir".

Mərkəzi Bank sədrinin sözlərinə görə, strategiyada hökumət tərəfindən müzakirə olunan bir sıra problemli məsələlər də var: "Həmin problemlər əsasən strategiyanın seçilməsi ilə əlaqədardır. Strategiyanın qəbul ediləcəyi müddət barədə danışmaq hələlik çətindir, bu məsələ ölkə hökumətinin sərəncamındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti