...

"Airbus" "Boeing"i geridə qoydu

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2015 20:40 (UTC +04:00)
Avropanın iri aviaistehsalçısı "Airbus" şirkəti 2014-cü ildə sifarişlərin sayına görə ABŞ-ın "Boeing" korporasiyasını qabaqlayıb.
"Airbus" "Boeing"i geridə qoydu

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avropanın iri aviaistehsalçısı "Airbus" şirkəti 2014-cü ildə sifarişlərin sayına görə ABŞ-ın "Boeing" korporasiyasını qabaqlayıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, "Airbus" ötən il 1456, "Boeing" isə 1432 sifariş alıb.

Sifarişlərin çoxu dar füzelyajlı təyyarələrin (1321) payına düşüb. Qalan 135 sifariş isə geniş füzelyajlı təyyarələr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti